Apple yeni video yayım platformasını aprel ayında təqdim edəcək

  • 15 Fevral 2019

Chip.az bildirir ki, Netflix və Hulu-nun daxil olmayacağı dəqiq olan "Kanallar" adlı platformaya HBO-nun daxil ola biləcəyi haqqında məlumatlar yayımlanıb. 

Apple-in aprel ayında təqdim etməsi gözlənilən yeni video yayım xidmətinə hazırlıqlar yaxın günlərdə sonlanacaq. İOS əməliyyat sistemli qurğularda istifadəçilərə rəqəmsal yayımlara abunə olmağa imkan verəcək Amazon-un Prime Video Channels adlı xidmətinə bənzəyəcək yayımların İOS TV tətbiqindən yayımlanmasına imkan verəcək. Məqsəd video, seriyal, film və bənzər məzmunlu materialların ayrı-ayrı tətbiqlər yerinə bütün platformaları tək bir tətbiqdə birləşdirməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər