Frozen 2 fraqmenti ən çox izlənilən animasiya fraqmenti oldu

  • 15 Fevral 2019

Chip.az bildirir ki, ekranlara çıxdığı 2013-ci ildən etibarən böyük bir izləyici kütləsinə sahib animasiyanın ikinci fraqmenti yaxın vaxtlarda yayımlanaraq böyük maraqla qarşılandı.

Disney-in tweet hesabında bununla bağlı paylaşımda qeyd edilib: "Frozen 2-ni ən çox izlənilən animasiya etdiyiniz üçün bütün azarkeşlərimizə təşəkkür edirik. Yalnız 24 saat ərzində 116.4 milyon baxış ilə rekord qırdınız!

Evan Rachel Wood, Sterling K. Brown tərəfindən səsləndirilən animasiyanın rejissoru Jennifer Lee və Chris Buck-dur.

22 noyabr ekranlaşdırılacaq animasiyanın fraqmenti:

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır