WhatsApp Business iOS istifadəçiləri üçün istifadəyə verildi

  • 15 Fevral 2019

Chip.az bildirir ki, WhatsApp Business app hazırda Apple TestFlight beta proqramında istifadəçilərin istifadəsinə təqdim olunub.

WhatsApp Business hesabınızı yaratdıqdan sonra, ilk növbədə uyğun biznes kateqoriyasını seçirsiniz. Daha sonra biznes parametrlərinə daxil olmaq üçün WhatsApp-in ayarları menyusuna keçin. Bu parametrlər standart WhatsApp tətbiqində mövcud olmayan və yalnız Biznes tətbiqi ilə verilmiş bəzi üstünlükləri ehtiva edir. 

Beləki, istədiyiniz zaman WhatsApp Business profilinizin adını və kateqoriyasını dəyişə bilərsiniz. Siz həmçinin WhatsApp Business ilə məşğul olduğunuz anlarda belə müştərilərinizə avtomatik mesaj hazırlaya bilərsiniz. Həmçinin WhatsApp Business ilə tez cavablar yarada və bu cavabları kimin göndərəcəyinizi seçə bilərsiniz.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər