Canon yeni EOS RP-nı təqdim etdi

  • 14 Fevral 2019

Chip.az bildirir ki, bu cihaz bu günə qədər istehsal edilən ən kiçik və yüngül tam çərçivəli EOS kamera olacaq. EOS RP ailənin ən kiçik üzvüdür. Təkcə yaşca yox,  həm də ölçü və qiymət baxımından.

Beləki, EOS RP-də 26,2 MP tam çərçivəli CMOS sensordan istifadə olunub. Bu sensorun arxasında EOS R kimi modellərdə də mövcud olan DIGIC 8 görüntü prosessoru var. Kameranın ISO diapazonu 100-40000 (50-102400 qədər genişlənə bilər) aralığındadır. Davamlı çəkiliş sürəti saniyədə 5 foto təşkil edir.

Dual Pixel CMOS AF avtomatik fokus sistemi 4779 avtomatik obyektə fokuslanma nöqtəsinə malikdir. Cihazın 0.39 düyüm 2.36 milyon nöqtəsi olan OLED görüntü təsbitləyicisi var. Cihaz 3 düymlük əllə idarə olunan LCD ekrana sahibdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır