Hadisə ilə bağlı İnstagram rəsmi Twitter hesabından problemin nədən qaynaqlandığını müəyyən edə bilmək üçün araşdırma apardıqlarını qeyd edib.
Chip.az bildirir ki, məşhur sosial media platformalarından olan İnstagram, milyonlarla izləyicisi olan hesabların qarşılaşdığı bu problemi araşdırır. “Bəzi hesablarda izləyici dəyişikliklərindən xəbərdarıq. Problemi mümkün olan qədər tez həll etməyə çalışırıq.”
Mövzu ilə əlaqədar ilk paylaşım dünən gecə YouTube və İnstagram-da milyonlarla izləyicisi olan James Charles və Zach Clayton tweet atdı.
Faust Company yayımladığı bir xəbərdə "İnstagram, saxta olduğunu düşündüyü hesablar üçün hərəkətə keçib." bildirsədə silinən milyonlarla izləyicinin bu hadisəylə bir əlaqəsi olub olmadığı hələki məlum deyil.
Qeyd edək ki, İnstagram noyabr ayından bununla bağlı tədbirləri artacağını qeyd etmişdi: "Saxta bəyənmə, izləmə və şərhləri aradan qaldıracağıq. Bu tip saxta yollardan istifadə edənləri aşkarlamaq üçün xüsusi vasitədən istifadə edəcəyik."
Sevinc Baba-zadə