NASA aylardır xəbər ala bilmədiyi Opportunity-nin gələcəyi ilə bağlı bu gecə açıqlama verəcək: canlı yayım

  • 13 Fevral 2019

Chip.az bildirir ki, 15 ildir Marsda olan və artıq qəzalı vəziyyətdəki cihazın qum fırtınasa düşdüyü müəyyən edildi.

Beləki, 2004-cü ildə qısa müddətli missiya üçün Marsa göndərilən Opportunity Mars haqqında bir çox suallara cavab verdi. NASA şiddətli qum fırtınasından sonra günəş panellərini tamamilə bağladığını ehtimal edərək bu səbəbdən hazırda cihazdan siqnal alına bilmədiyini bildirir.

Qeyd edək ki, göndərildikdən sonra yalnız 90 gün işləmək üçün proqramlaşdırılmış olan Opportunity bütün gözləntiləri aşaraq illərlə işləməyə davam etdi.

Sonuncu dəfə NASA 2019-cu ilin 12 fevral axşam saatlarında əlaqə qurmağa çalışsalarda bu mümkün olmadı.

NASA bu gün (13 fevral 2019) YouTube-da saat 22.00-da Opportunity-nin bundan sonrakı gələcəyi barədə məlumat verəcək. Bu canlı yayımı buradan izləyə bilərsiniz:

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır