Gələcəkdə Wi-Fi ilə telefonların şarj problemi aradan qaldırılacaq

  • 11 Fevral 2019

Bir çox insanla yanaşı bu xəbəri oxumağa başlayan hər bir oxucumuzun cavabı sözsüz ki, “Hə” olacaq. Amma təəssüflə bildirməliyik ki, hazırda belə bir şey mümkün deyil. Lakin, yaxın gələcəkdə bu problem aradan qaldırıla bilər. 

Chip.az bildirir ki, telefonda enerji bitdikdə və atrafda bu enerjini yığma imkanı olmadıqda çətin vəziyyətlərdə qala bilirik. Telefonları naqilsiz enerji ilə təmin edə bilmək sizcə necə fikirdi?

Beləki, Wi-Fi və Bluetooth-un yaydığı radio siqnallar elektromaqnit dalğalarıdır. Yəni onlar bir növ enerji daşıyıcılarıdır. Bu fikrdən yola çıxan Massachusetts Texnologiya İnstitutu (MIT) və Madrid Universitetinin tədqiqatçıları elektromaqnit dalğalarını elektrik enerjisinə çevirmək üçün bir sistem yaratdı.

Qeyd edək ki, layihə enerji dünyasında böyük bir inqilab olmayacaq. Hazırda eyni metodla 40 microwatts enerji ötürülülməsi mümkündür. Lakin bu enerji yalnız bir LED işıqlandırmaya kifayət edir.

Beləki, cihazlara antenaların yerləşdirilməsi ilə elektromaqnit dalğalar elektrik enerjisinə çevrilə və cihazlarda batareya problemi aradan qaldırıla bilər.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır