Bədən temperaturunu stabil saxlayan parça istehsal ediləcək

  • 11 Fevral 2019

Kələm kimi üst-üstə geyim geyməkdən nifrət edənləri, yazda gödəkçə ilə gəzməkdən sıxılanları, evdən çıxarkən “Görəsən hava necə olacaq?” deyə düşünənləri nəzərə alan alimlər bunun həll yolunu tapdılar. Beləki, artıq geyimlər bədən istiliyinə uyğun temperatur təmin edə biləcəklər.

Chip.az bildirir ki, Science jurnalında Merilend Universitetinin tədqiqatçıları tərəfindən hazırlanmış parça haqqında məlumat yayımlanıb. Yeni material parçanın aldığı temperatur miqdarını tənzimləmə imkanına malikdir.

Parçanın iplikləri iki müxtəlif materialdan istifadə olunmaqla hazırlanıb. Hər iki  materialların tərkibi təbiətdən alınıb. Materiallardan biri nəmi canına çəkərkən, digəri isə onu xaric edir. Həmçinin metal örtüklü iplər parçadan keçən istilik miqdarını nəzarət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır