Çinin müxtəlif sahələr üzrə ən öndə gedən şirkətləri

  • 11 Fevral 2019

Çin böyük əhalisi və ucuz işçi qüvvəsi ilə dünyanın ən böyük sənaye şirkətlərini cəlb edir. Hazırda bazarı böyüdən və idarə edən şirkətlərə sahibdir.

Chip.az olaraq sizə Çin şirkətlərinin qlobal bazarda böyük bir paya sahib olduğu bəzi sahələri təqdim edirik. 

Dəmir yolları

Dövlət tərəfindən dəstəklənən CRRC indi dünyanın ən böyük qatar istehsalçısıdır. Müştəriləri arasında London Underground Alman Deutsche Bahn da yer alır. Şirkətin illik gəlirləri 29 milyard dollardır. Qərb rəqibləri Bombardier, Siemens və Alstom-un isə illik gəliri 9 milyard dollar təşkil edir. 

Kimyavi Kənd Təsərrüfatı 

Dövlət tərəfindən maliyyələşdirilən ChemChina 2017-ci ildə 43 milyard dollarlıq İsveçrə nəhəngi Sygenta şirkətini satın aldıqdan bu yana toxum və pestisidlər sahəsindədünyanın aparıcı şirkətlərindən birinə çevrildi və Monsanto kimi sənaye nəhəngləri ilə rəqabətə başladı. ChemChina həmçinin İtalyanın şin istehsalçısı Pirelli və Alman maşın şirkəti KraussMaffei də nəzarət edir.

Enerji

2015-ci ildə CNNC (Çin Milli Nüvə Korporasiyası) Hualong One nüvə reaktorunu inkişaf etdirərək Argentina və Pakistan kimi ölkələrə sataraq, Fransa və ABŞ ilə rəqabət apardı. Çin günəş paneli istehsalçıları Jinko, Trina Solar da bu sahədə qlobal bazarda öndə gedən isimlərdəndir. CNOOC, CNPC Sinopec çinli neft şirkətlərinin investisiyaları artırarkən, rəqibləri büdcə problemləri yaşayır. 

Aviasiya

Dövlət tərəfindən maliyyələşdirilən təyyarə istehsalçısı Comac-ın 2021-ci ildə ilk sərnişin təyyarəsini tamamlaması gözlənilir. Bu sahədə Boeing və Airbus ilə rəqabət aparmağı planlaşdırır. Şirkət tərəfindən 168 oturacaqlı C919 təyyarəsi üçün 1000 sifariş aldıqlarını qeyd edilib. 

Qida 

Dövlət dəstəkli COFCO şirkəti Singapurun Noble və Hollandiyanın Nidera şirkətlərini satın aldıqdan sonra taxıl ticarətində getdikcə artan bir rola sahib olmağa başladı. WH Group ABŞ-ın sosiska istehsalçısı Smithfield Foods Inc.-i 2013-cü ildə satın aldıqdan sonra dünyanın ən böyük sosiska istehsalçısına çevirdi.

Drone

2006-cı ildə bir çinli universitet tələbəsi tərəfindən yaradılan DJI fransalı rəqibi Parrot-u geridə qoydu. Bununlada dünya bazarının 70% -ni təşkil edən və dünyanın ən böyük sivil drone istehsalçısı oldu. 

Smart Phone

Çinin telefon istehsalçıları Huawei, Xiaomi Oppo qlobal bazar üzrə paylarını sıralasaq yüzdə 15%, 8,7% və 8,1% -dir. Bundan başqa, Huawei və Oppo smartfon satışları 30% artığı kimi rəqibləri Samsung və Apple-ın telefon satışları da azalıb.

Məişət Texnikası

Harier Group bazarın 10% -nə sahibdir və dünyanın ən böyük ev alətləri istehsalçısıdır. 2016-cı ildə Haier ABŞ-ın General Electric-in ev alətləri bölməsini satın alıb. 

Batareya

CATL şirkəti Volkswagen Ford və Daimler kimi avtomobil istehsalçıları üçün batareya tədarükçüsüdür və Yaponiyanın Panasonic ilə lityum avtomobil batareyaları ilə rəqabət aparır. 2020-ci ilədək şirkətin həcmi beş dəfə artacaq. Bundan əlavə, şirkət Avropadakı müştərilərini batereya ilə təmin etmək üçün Almaniyada nəhəng bir şirkət quracaqlarını bildirib.

Nəqliyyat

Dövlət tərəfindən maliyyələşdirilən Cosco Group dünyada 50 konteyner giriş nöqtəsi olan və dünyanın ən böyük nəqliyyat şirkətidir.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır