Elektrik enerjisi istehsalında düyü samanlarından istifadə zaman keçdikcə artacaq

  • 09 Fevral 2019

Elektrik enerji istehsalına dair həllər həmişə ən vacib mövzulardandır. Norveç kimi ölkələr zibildən istifadə edərək elektrik enerjisi istehsal etdikdən sonra, yeni bir metod tapdılar.

Chip.az bildirir ki, düyünün gövdə və yarpaqlarının maşında üyüdüldükdən sonra əldə edilən bu saman həmçinin elektrik enerjisi istehsalına da yararlıdır.

Lakin, düyü samanından elektrik enerjisi istehsal edən stansiyalar kifayət deyil.

Hindistanın Gautam Budh Nagar şəhərindəki Amity Universitetinin Pardeep Aggarwal və Anu Prashaant düyü samanının yandırılaraq ətraf mühitin çirkləndirilməsindənsə, bunun əvəzinə elektrik enerjisi istehsal etməyin lazım olduğunu ifadə edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır