İynəni əvəz edəcək həblər istehsal edildi

  • 09 Fevral 2019

Chip.az bildirir ki, MİT (Massachusetts Institute of Technology) və Harvarddakı tədqiqatçılar iynələrdən qorxanlar üçün  müalicənin yeni üsulunu hazırlayıblar. Beləki, onlar müalicə zamanı  xəstələrin qorxusunu nəzərə alaraq üzərində çalışdıqları həblərlə iynəni əvəz edərək xəstəlikləri müalicə etməyi planlaşdırırlar.

Bu həblər qalın mədə divarlarına daxil oluraq ağrısız müalicəyə imkan verir. Tədqiqatçıların fikrincə, bu metod iynidən qorxanlar və hər gün şəkər xəstəliyinə qarşı iynə vurmaq məcburiyyətində olan şəxslərin işini asanlaşdıracaq.

Fevral ayının 8-də Science jurnalında tədqiqatçıların donuz mədəsində testdən keçirdikləri elmi araşdırmanın müsbət nəticələrini yayımlanıb.

Tədqiqatçılar ağız yolu ilə təhlükəsiz şəkildə həbin qəbul olması məqsədi ilə tibbi cihazlarda və dərmanlarda istifadə olunan biodegradable polyester və diş tellərində istifadə olunan paslanmayan poladdan istifadə ediblər.

Hazırda tədqiqatda bir problem var. Tədqiqatçılar heyvanlar üzərində həbləri sınayarkən onlar ac idi. Yəni, mədə qida və ya maye ilə dolu olduqda həblərin təsir edib, etməyəcəyi məlum deyil. Hazırda bu istiqamətdə də araşdırmalar aparılır.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır