Kompüter mühəndisinin süni intellektli sığınacağı 174 pişiyi soyuqdan qoruyur

  • 07 Fevral 2019
  • 61

Küçə heyvanlarının ehtiyaclarını ödəmək üçün ən təsirli yollardan biri də sığınacaqlardır.

Chip.az bildirir ki, Çinli bir vətəndaş soyuq qışdan Pekindəki küçə pişiklərini qorumaq üçün hazırladığı sığınacaqda texnologiyadan istifadə etdi. Kompüter mühəndisi tərəfindən süni zəkaya əsaslanan sığınacaq sistemində hətta üz tanıma texnologiyası da mövcuddur.

Wan adlı mühəndis ona lazım məlumatları əldə etmək üçün yerli heyvan qrupları ilə əlaqə saxladı. Mühəndis küçə pişiklərinin adətən iki ildən çox yaşamamadığını öyrəndi. Araşdırmaya görə, on pişikdən yalnız dördü soyuq qışda həyatda qalır.

Beləliklə, Wan-ın ilk məqsədi pişiklərin donmamış su və qida tapa biləcəyi isti bir sığınacaq yaratmaq oldu. Layihə sürətlə böyüdü və pişiklər üçün yüksək texnologiyalı müvəqqəti baytarlıq klinikası kimi istifadə edilə biləcək bir sığınacaq layihəsinə çevrildi.

Sığınacağın içərisindəki istilik 27 dərəcədir. Qapılarda yalnız üz tanıma texnologiyasından istifadə edərək içəri ancaq pişiklərin girişini təmin edir. Smart kameralar pişiklər üçün mümkün olan sağlamlıq problemlərini təsbit edə bilər.

Sığınacağın təmizliyi isə könüllülər tərəfindən həyata keçir. Sığınacağın pişiklərdən topladığı məlumatlar da könüllülərə çatdırılır. Bu yolla, heyvanlara hansısa xəstəliyə yoluxubsa könüllülərə məlumat verilir. Hətta sığınacaq qısır pişikləri belə fərqləndirə bilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Texnologiya

Yaranı sağaltmaq üçün bədən temperaturunu istifadə edən bint hazırlanır

Chip.az bildirir ki, Harvard Universitetinin alimləri, yaraların sağalma sürətini artırac

Dünyada bir ilk: Maye soyutmalı SSD istehsal edildi

Mərkəzi Tayvan olan texnologiya istehsalçısı Team Group, milyonlarla insanın marağını cəlb edən bir işə imza ataraq

QR kodla sifariş verirsiniz, servis robotlarla həyata keçirilir

Cənubi Koreyada fəaliyyət göstərən bir restoran sifarişləri QR kodla qəbul edir. Yemək servisini isə robotlar həyata keçir

Şəxsiyyət vəsiqələrində barmaq izi də yer alacaq

Belçikada şəxsiyyət vəsiqələrində barmaq iziniyer aldığı hissə olacaq. Belə ki, Belçikada 2020-ci ildən etibarən şəxsiyyət vəsiqələrində barmaq izin

Kiçik ölçüdə Günəş istehsal edildi

ABŞ-da yerləşən Viskonsin-Medison Universitetindən tədqiqatçıları Günəş küləklərini araşdırmaq və Günəşin quruluş