NASA-nın Marsa göndərdiyi 2 peyklə əlaqə kəsilib

  • 07 Fevral 2019

Chip.az bildirir ki, NASA tədqiqatçılarının kosmik araşdırmalarında isatifadə edilməsi planlaşdırılan İnSight kosmik cihaz vasitəsi ilə Marsa göndərilən WALL-E EVE adlı iki MarCO peyklə əlaqə kəsilib.

NASA-nın hesablamalarına görə Wall-E Marsdan 1,6 milyon mil uzaqlıqda, EVE isə təxminən 2 milyon mil (3.2 milyon km) uzaqlıqdadır.

Peyklərlə hazırda əlaqə yaratma cəhdləri uğursuzdur. Wall-E ilə olan əlaqə dekabr ayının 29-dan , EVE ilə olan əlaqə isə yanvar ayının 4-dən kəsilib. NASA mühəndislərinin bu əlaqənin qırılması ilə bağlı bir neçə fərziyələri olsa da problemin nədə olduğunu tam dəqiq bilinmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır