FaceCoin istiqamətində növbəti müqavilə imzalandı

  • 05 Fevral 2019

Chip.az bildiri ki, ödəmə metodları və müqavilələr üzrə mütəxəssis olan Chainspace şirkəti Facebook ilə razılığa gəldi.

Hələki, Facebook kağız üzərində razılığa gəlsə də az-çox şirkətin satın alındığı deyilə bilər. Acqui-hire adlanan bu üsulla artıq Chainspace arxasında duran beş addan dördü bu müqavilə ilə Facebook-a qoşulacaq.

Qeyd edək ki, Facebook şəxsi kripto pulunu (FaceCoin) çıxardacağını və bu pulları elektron ödənişlərdə istifadə ediləcəyini daha öncədən xəbər vermişdi. Beləki, dekabr ayında yayımlanan xəbərlərdə Facebook-un ABŞ dollarına yönəlmiş bir kripto valyuta üzərində işlədiyi bildirilmişdi. Şirkətin WhatsApp üzərindən pul köçürmələrini təmin edəcəyi də qeyd olunmuşdu.

FaceCoin təşəbbüsü Facebook üçün nə vaxtsa reallaşacağı dəqiq olmasa da Chainspace şirkəti ilə bağlanan müqavilə üçün atılan vacib addımlardan biri idi.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər