Naqilsiz qulaqlıqları sırğaya çevirən gənc

  • 02 Fevral 2019

Chip.az bildirir ki, ABŞ-da yaşayan dizayner və makeup ustası Gabrielle Reilly, AirPod-larını davamlı olaraq itirdiyinə görə Twitter-də bunun həllini əks etdirən video yayımladı.

Beləki, o, qulaqlıqları zəncirli sırğaların ucuna bərkidərək yeni aksesuar kimi istifadə etdi. O bu hərəkətinə sosial mediyadan 2 cür qarşılıq gəldiyini də bildirib. Bir sıra insan buna tənqidlə yanaşsa da bəziləri bunun çox ağıllı bir hərəkət olduğunu bildiriblər.

Dünyaya yayılmış videonun ardından hazırladığı bu sırğa üçün sifariş almağa başlayan Reilly, yeni dizayn etdiyi məhsulu satdığını da söyləyir. "Mən AirPod-ları aldığımdan bəri onları itirməkdən qorxurdum. Uşaqlığımdan bəri məşğul olduğum sənəti qulaqlıqları bir aha itirməmək üçün istifadə etmək qərarına gəldim. Və budur, artıq AirPod sırğalarım var. Bu aksesuarı Airings adlandırıram. "

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır