Apple şirkətindən məlumatlar sızdıran şəxsin kimliyi məlum oldu

  • 31 Yanvar 2019

Chip.az Federal Təhqiqat Bürosundan (FTB) verilən məlumata əsaslanaraq bildirir ki, Apple şirkətində işləyən bir mühəndis şirkətin sürücüsüz cihaz layihəsi haqqında gizli məlumatları oğurlayıb.

Qeyd edək ki, ötən həftə şirkət eyni səbəbdən 200-dən çox işçini işdən çıxarıb. Şirkətdən verilən açıqlamaya görə Titan Proyektində iştirak etmək üçün 2018-ci ildə Apple-da işə başlayan Cizhong Chen artıq şübhəlidir. Proyektin fotoşəkillərini tez-tez çəməsi baxımından Chen-i şübhəli görən FTB onun elektron cihazlarını yoxlamaq üçün müsadirə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır