Google Plus-ın bağlanma tarixi açıqlandı

  • 31 Yanvar 2019

Beləki, bütün bu illər ərzində YouTube hesabı açmaq və müxtəlif Google Play xidmətlərinə daxil olmaqdan başqa istifadə olunmayan platformanın fəaliyyəti sonlandırılır. Ən başlıca səbəblərdən biri isə öz auditoriyası olmasına baxmayaraq platformanın xərcləri gəlirinin çox-çox üstündədir.

Chip.az platformanın bağlanma tarixini və mərhələlərini sizə təqdim edir.

Fevral ayının 4-dən heç bir şəkildə Google+ profilini və ya səhifəni aça bilməyəcəksiniz. Blogger və oxşar saytlardan Google Plus şərhləri silinəcək. Bir neçə həftə içərisində daxil ola biləcəyiniz saytlar işləməyəcək. Bu proses aprelin 2-dək davam edəcək. Google+ 2 aprel tarixində tamamilə bağlanacaq. Bütün səhifələr və məzmunlar silinəcək. Foto və videolar da daxil olmaqla hər şey tarixə qovuşacaq.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır