Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Apelyasiya Şurasının növbəti iclası keçirilib

  • 30 Yanvar 2019

İclasda gündəliyə daxil olan məsələ üzrə – “Bakcell” MMC-nin CEO_26008 nömrəli müraciətinə baxılıb.

“Bakcell” və “Aztelekom” MMC-dən dəvət olunan nümayəndələrin iştirakı ilə keçirilən iclasda müraciətin hərtərəfli araşdırıldığı, qeyd edilən problemlərin aradan qaldırıldığı, bu səbəbdən şikayətin geri götürüldüyü bildirilib.

Apelyasiya Şurası haqqında Əsasnamənin tələblərinə uyğun olaraq, iclasın gedişi barədə protokol tərtib edilib, qanunvericiliyin tələblərinə uyğun olaraq icraata xitam verilməsi barədə müvafiq qərar qəbul edilib.

İclasda, həmçinin qurumların göstərdiyi xidmətlərin keyfiyyətinin daha da artırılması, təkmilləşdirilməsi, səmərəli fəaliyyətlərinin təmin edilməsi məqsədilə bütün zəruri tədbirlərin həyata keçirilməsi tövsiyə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər

Ümumi xəbər