Yahoo pozuntuya yol verdiyi hər saat başına 25 dollar cərimə oluna bilər

  • 30 Yanvar 2019

Chip.az bildirir ki, Yahoo-nun 2013-cü ilin avqust tarixindən məlumatların pozulması nəticəsində oğurlanan 3 milyard hesab haqqında məhkəmə prosesi hələ davam edir. Şirkətin istifadəçilərin qarşılaşdığı çətinliyi aradan qaldırmaq üçün irəli sürdüyü təklif hakim Lucy Haeran Koh tərəfindən rədd edildi.

Məhkəmədə Yahoo məlumatların 50 milyon dollar və ya daha çoxunun ziyan vurduğunu bildirərək sərf olunan saat başına 25 dollar ödəməyi təklif edir.

Hakim Lucy Koh dava zamanı səhv məlumatların verilməsindən şübhələndiyini də qeyd edərək, xüsusilə şikayətçi tərəfin 35 milyon dollarlıq vəkil ödənişini mənasız qəbul edir.

Verizon isə bu məsələ ilə rahat olduqlarını qeyd edir.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır