Yerli startapa qısa müddətdə kifayət qədər maraq yaranıb: Eleven Kings

  • 30 Yanvar 2019

Chip.az bildirir ki, yerli startapa artıq 106 ölkədən qeydiyyat var. Həmçinin, Kolumbiya qadınlardan ibarət futbol yığmasının oyunçusu ilə əməkdaşlıq üçün ilkin razılığa gəlinib və daha 4 futbolçu ilə danışıqlar gedir. Belə ki, həftə ərzində iki yerli və iki xarici investorla görüş keçiriləcək.

Orxan Rzayev yayımladığı məlumatlara öz fikirlərini də əlavə edib:

"Hələ ki, statistika proqnozlarımızdan xeyli yaxşıdır, bəzi istifadəçilər 3-4 saat saytda qalır, 100+ səhifəyə keçid edir. Nəzərə alsaq ki, texniki problemlər və tamamlanmamış modullar var hələ də. Top Eleven qorxmağa başlasın məncə."

Qeyd edək ki, Eleven Kings Game futbol menecer oyunu olaraq yaradılıb. 2017-ci ilin avqustundan biznes plan üzərində işlərə başlanan layihənin BETA versiyası yanvar ayının 18-dən istifadəyə verildi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır