Bir Tesla sahibi isə avtomobilin avtomatik idarə sistemini qar fırtınasında yoxlamaq qərarına gəldi.
Bu sistemdə ən mübahisəli məsələlərdən biri, nəqliyyat vasitələsinin yağış və qar kimi çətin təbiət şəraitində necə hərəkət edə bilməsidir. Beləki, sərt hava şəraitdə düzgün işləməyən nəqliyyat vasitələri təhlükəli ola bilər.
Chip.az bildirir ki, Tesla Model 3 istifadəçisi Remi Bergeron bu problemi yoxlamaq qərarına gəldi. O Kanadadakı bir fırtınada avtomobilin idarəsini avtomatik idarə sisteminin öhtəsinə buraxdı. Bütün proses kamera ilə görüntüyə alındı. Avtomobil işin öhtəsindən ümumilikdə yaxşı gəldi. Lakin, bəzi məqamalarda sistemin informasiyaları təhlükəli bir şəkildə qarışdı.
Həmin çəkilişi sizə təqdim edirik.
Tesla demək olar ki, hər hansı bir yolda və bütün hava şəraitində avtopilotdan istifadəyə icazə verməsinə baxmayaraq, avtonom sürücülük sistemi hələ də beta mərhələsindədir.
Sevinc Baba-zadə