AnTuTu smartfonlarda süni intellekt gücünü müəyyən edən cihaz təqdim etdi

  • 29 Yanvar 2019

Hər bir şirkət öz telefonlarında istifadə etdikləri süni intellekt gücündən qürur duyur. Lakin, bu cihazlarda istifadə olunan süni intellektin fərqini müəyyən etmək çətindir.

Chip.az bildirir ki, AnTuTu bu qarışıqlığa bir son vermək və saxta süni intellektli telefonları aşkarlamaq üçün bir benchmark (müqayisə) cihazı təqdim edib..

Süni intellekt mövcud benchmark sistemi ilə müqayisədə çox mürəkkəbdir. AI Review benchmarking cihazının iki altbaşlığı var: Sıralama və obyektlərin təyin edilməsi. 

İlk test, Inception v3 neyron şəbəkəsindən 200 görüntü, ikincisi ise MobileNet SSD neyron şəbəkəsindən alınan 600 kvadratlıq video oldu. Şəkillər SDK-yə köçürülür və çip süni intellekt alqoritmlərini dəstəkləməzsə, TFLit-dən  müqayisə üçün istifadə olunacaq. Hal-hazırda ikinci testin etibarlılığı ilə əlaqədar narahatlıqlar var. 

AnTuTu-a görə, süni intellekt balları fərqli platformalarda fərqli nəticələr vermir, çünki müqayisə yalnız süni intellekt və ümumi sistem imkanlarına əsaslanır.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır