TechCentrum platforması Data science və Data engineering mövzusunda təlim keçirdi

  • 26 Yanvar 2019

Chip.az bildirir ki, TechCentrum platformasının ilk fəaliyyəti bu gün - 26 yanvar tarixində gündəmdə olan Data science və Data engineering haqqında mövzuları ilə bağlı ilk təlim keçirməsi oldu.

Qeyd edək ki, tədbir ADA universitetində ADA Universiteti Data analizi Mərkəzinin dəstəyi ilə keçirildi. 

Tədbirdən öncə yaradılmış Süni platforma əsasında qeydiyyatdan keçmiş iştirakçıların dataları analiz olunda və tədbirdə nəticələr paylaşıldı.

Tədbirin təlimçiləri, bu sahədə öz sözünü demiş, Ramin Orucov Kamil Ələsgərov idi. Onlar Data Science və Data Engineering-in real istifadə sahələri, tətbiq metodları, iş imkanları haqqında məlumatları təlim iştirakçılar ilə bölüşdü. 

Tədbir gənclər və elecə də iş adamları arasında olduqca böyük maraqla qarşılanıb. Bunu qeydiyyatdan keçən iştirakçıların sayında da görmək mümkündür: 400-dən çox iştirakçı.  Tədbirə bu gədər marağın olması onu göstərir ki, cəmiyyətdə həqiqətən də bu sahəyə böyük maraq və tələbat var. İT sahəsində ana dilimizdə tədris resursların qıtlığı faktı bir daha bu cür platformaya olan ehtiyyacı üzə çıxarır.

Belə ki, TechCentrum platforma vasitəsi ilə gənclərimiz İT sahəsində olan  məqalələri, informasiya resurslarını həm azərbaycan həm də ingilis dilində oxuya biləcəklər. Eləcə də beynəlxalq universitetlərin İT sahəsində təhsil alan tələbələr üçün magistratura və doktorantura təqaüd proqramları, yay məktəbləri, konfranslar  və tədqiqat işləri üçün xeyrli linklər və resurslar paylaşılır. TechCentrum gələcəkdə uşaqlar, müəllimlər və qadınlar üçün ayrıca proyektlər də planlaşdırır.

Tədbirdən sonra iştirakçılar bir çox sualların cavabını tapdı və eləcədə bu sahələr ilə yaxından tanış oldu.

TechCentrum platforması haqqında ətraflı məlumatı da sizə təqdim edirik.

2019-cu ildə yaranan və fəaliyyətə başlayan platforma Almaniyanın Berlin Texniki Universitetinin doktorantı, eyni zamanda Alman İnternet İnstitutunun tədqiqatçısı Günay Kazımzadənin təşəbbüsi ilə yaradılmışdır. TechCentrum sadəcə bu sahə ilə məşğul olanlar üçün deyil, həmçinin də İT və müasir texnologiyalara marağı olan hər bir şəxsin izləyib faydalana biləcəyi bir platformadır. Əsas məqsədimiz İT sahəsində əldə edə biləcəyiniz ən son texnologiyalar haqqında məlumatlar, Azərbaycanda və digər xarici ölkələrdə baş verən İT sahəsinə aid bütün tədbirləri, workshopları və s. hər bir həmyerlimizə əl çatan etməkdir. Bu platforma və bu kimi keçiriləcək proektlər nəticəsində gənclərimiz İT sahəsində beynəlxalq tədbirlərdə iştirak edə biləcək, daha güvənli və uğurlu olacaqlar.

TechCentrum İnformasiya Texnologiyaları sahəsində təhsil, karyera və inkişaf imkanlarının mübadiləsi məqsədilə yaradılmış platformadır.

Online və offline şəkildə fəaliyyət göstərən platformanın əsas məqsədi İT sahəsində fəaliyyət göstərən

- tələbələrə

- universiteti yeni bitirmiş kiçik professionallara

- karyerasında dönüş etmək istəyənlərə

- uşaqlara/yeniyetmələrə

- müəllimlərə

- startuplara

faydalı ola biləcək mühit yaratmaq, onların inkişafına təkan verəcək imkanlar yaratmaqdır.

TechCentrum IT və İnkişafda olan texnologiyalar sahəsinə dair tədqiqat aparan yazarların məqalələrini, online və offline təlimləri, təhsil, karyera və biznes imkanlarını özündə birləşdirən platformadır.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır