Çində geni dəyişdirilən primat uğurla klonlaşdırıldı

  • 25 Yanvar 2019

Chip.az bildirir ki, bu yaxınlarda ilk dəfə genetik cəhətdən modifikasiya edilmiş körpələrin dünyaya gəlməsi ilə bağı xəbər yayımlamışdıq.

Növbəti dəfə Çində gen və klonlama çalımalarında daha bir üst səviyyə keçed etdi. Beləki, Çin Elmlər Akademiyasının Neyrologiya İnstitutunun alimləri genetik cəhətdən dəyişdirilmiş primatı ilk dəfə müvəffəqiyyətlə klonlaşdırdıqlarını bildirdilər.

Tədqiqatı reallaşdıran elm adamlarına görə, genetik cəhətdən dəyişdirilmiş primatların klonlaşdırılması tibbi tədqiqatlar və testlər üçün əhəmiyyətli olacaq. Ancaq insan geninin modifikasiyası və Çində körpə geninin dəyişdirilməsinin qeyri-qanuni olduğunun açıqlanması bu araşdırmaların qanunsuz sayılmasına səbəb ola bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır