Huawei 5G baza stansiyaları üçün ilk TIANGANG çipini təqdim edir

  • 24 Yanvar 2019

Chip.az bildirir ki, Huawei-nin 24 yanvar tarixində Çində keçirdiyi təqdimat mərasimi son sürətlə davam edir.

Beləki, Huawei-nin Çində keçirdiyi bu təqdimat, həm fevral ayında keçiriləcək MWC (Mobile World Congress) Barselona 2019-dan əvvəl məlumatlar yayımlamaq, həm də şirkətin yeni məhsullarını təqdim etmək məqsədi güdür.

Bu məhsullar arasında 5G bazasına sahib stansiya böyük maraqla qarşılanıb. Huawei, 30 fərqli 5G ticarət layihəsi var və bu günə qədər 5G baza stansiyasının xidməti 25,000-dən çox müştəriyə təqdim edilib.

Şirkətin yeni texnologiyası bütün kommunikasiya standartlarını və bütün intenet girişlərini dəstəkləyir. Beləliklə, istifadəçilər simsiz rabitədə xidmətlərində bütün alternativdən istifadə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır