Yeni yayılan Anatova virusu ona qarşı yönələn bütün kodları məhv edir

  • 24 Yanvar 2019

Chip.az bildirir ki, bu virusların son nümayəndəsi Anatova-dır. Bu virus DASH sikkə adlı fidyə tələb edir.

Beləki, tədqiqatçılar yeni, Anatova adlı kripto virusunun aşkarlandığını və "çox təhlükəli" potensiala malik olduğunu vurğuladılar.

Kiber təhlükəsizlik şirkəti McAfee, Anatova-nı ümumilikdə zərərsiz görünən məşhur oyun və tətbiq simvollarında gizlənən və istifadəçini aldadaraq onu yükləməyə təhrik edən bir virus kimi təsvir edir. Bir dəfə işə düşərsə, avtomatik olaraq admin hüquqlarını alır və bütün faylları ən qısa müddətdə şifrələməyə başlayır. Sonra istifadəçidən fidyə istəyir.

Analitiklər artıq ABŞ-da 100 Anatova hadisəsini təsbit edib. Amerika Birləşmiş Ştatlarından sonra sıyahıda Belçika və Almaniya ən çox bu virusdan  əziyyət çəkən ölkələr arasındadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır