Çində Bing-ə daxil olmaq mümkün deyil: Bu növbəti qadağadır?

  • 24 Yanvar 2019

Beləki, istifadəçilər Bing axtarış xidmətinə daxil ola bilmədiklərini və davam edən bu ardıcıl qadağalara reaksiya verməyə başladılar.

Chip.az bildirir ki, çinli istifadəçiləri, Microsoft-un axtarış motoru Bing-ə dünən  (23.01.2019 Çərşənbə) günortadan sonra daxil ola bilmədilər. Sosial mediada narahatlıqlarını ifadə edən bəzi istifadəçilər, "Bing, senzuranın tətbiq edilməsi lazım olan ən sonuncu xarici platformadır!"-deyə, bildiriblər. 

Beləki, ənənəvi cn.bing.com ünvanı ilə daxil ola bilməyən bir çox VPN-dan istifadə edərək, Bing-in beynəlxalq versiyayasına çıxış əldə ediblər.

Lakin hələki, rəsmi açıqlama yoxdur. Bing-ə daxil olmada yaranan problemin Çin hökuməti tərəfindən qoyulan qadağa ilə yoxsa, texniki problemlə əlaqəli olub-olmaması məlum deyil. 

Bildiyiniz kimi, Facebook, Twitter və bəzi sosial media platformaları Çində qadağan edilir. Google, 2010-cu ildə Çindəki axtarış xidməti fəaliyyətini sona çatdırıb. Bundan sonra bu xidmət Bing-in öhdəsinə qalmışdı. Görünür Bing-də həmin çətinliklə üz-üzədir. 

Weibo-nun (Çinin Twitter kimi sosial media saytında) bəzi istifadəçiləri saytlarına çıxışın olmamasından şikayət edərək, Bing-in də qadağan olduğunu iddia etdilər. Digər istifadəçilər isə, Baidu-dan (Çin axtarış saytı) istifadəyə məcbur ediləcəklərini və bundan heçdə razı olmadıqlarını qeyd ediblər.

“Bing-i bağlaya bilmirəm. Baidu-nı da istəmirəm. İndi nə etməliyəm?”

“Bing öldü. Məni Baidu-dan məcbur istifadə etməyə çalışırlar?”- kimi şərhlərdə sosial media platformalarında az deyil.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır