Google 50 milyon avro cərimə olundu

  • 22 Yanvar 2019

Chip.az bildirir ki, Google, National Commission on Informatics and Liberty (CNIL) uyğun olaraq General Data Protection Regulation (GDPR) tərəfindən 50 milyon avro cərimə edildi. Cəzanın səbəbi şəffaflıq və informasiya öhdəliklərini pozmaq və reklamları fərdiləşdirmə məqsədilə məlumatların emalı üçün istifadəçi razılığının alınmamasıdır.

Beləki, Google 2 GDPR qaydasını pozub:

Google-ın CNIL tədqiqatında həm GDPR və həm də Fransız Məlumatların Mühafizəsi Qanununları çərçivəsində qiymətləndirildi və iki qayda pozundusu ortaya çıxdı. Şirkətin təqsirli olduğu ilk pozuntu, istifadəçilərə təqdim etdiyi xidmətlər haqqında əsas məlumatlara asanlıqla çatmağı təmin etməməsidir. İkinci pozuntu reklamların fərdiləşdirilməsi və məlumatların emalı üçün istifadəçi icazəsinin alınmaması olaraq göstərildi. 

Şirkət GDPR-nin tələb etdiyi bütün məlumatları dərc etməsinə baxmayaraq, CNIL bu məlumatlara girişin çətinləşdirdiyini irad göstərərək etibarlı sayılmadığını bildirib. Google, fərdiləşdirilmiş reklam haqqında istifadəçilərinə sorğu göndərməsini iddia etsə də bu komitə üçün kifayət deyil.

Google-nin ilk hüquq pozuntusu deyil, sonda olmayacaq:

Fransız müşahidəçilərinin hesabatına görə Google, GDPR qaydalarını pozmağa davam edir. Bundan əlavə Google-nin sahib olduğu Youtube-də araşdırılarsa, 3.87 milyard dollarlıq bir cəza ala bilir.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır