Marvel, ölümcül bir xəstəliyə tutulan fanatına Avengers: Endgame-i izləmə imkanı yaradacaq

  • 22 Yanvar 2019

Bir çox xəstəlikdən əziyyət çəkən, üstəlik aralarında uşaqların sayının çox olduğu xəstələrin son arzuları istər sosial mediada, istərsə də bütün dünyada diqqət mərkəzində olan ən həssas mövzulardandır.

Buna biganə qalmayan dünya ulduzları həmin şəxslərin son arzularını reallaşdıra bilmək üçün səfərbər olurlar. Təkcə maddi deyil, yalnız sevildikləri insanların yanında olmağın yaradacağı sevgini, həyatının son günlərini yaşayan bu şəxslərə necə gözəl hədiyyə olduğunu təsəvvür etmək çox çətindir. Johnny Depp-in xərçəng xəstəliyindən əziyyət çəkən balaca qızı xəstəxanada Sərçə Cek olaraq ziyarət etməsini yəqin ki, xatırlayırsınız.

Təəssüf ki, növbəti dəfə də avstraliyalı bir şəxsin yardıma ehtiyacı var. Lakin, bu yardım madiyyatla bağlı deyil.

Chip.az bildirir ki, Marvel ölümcül bir xəstəliyə tutulan və çox qısa ömürü qalan bir insanın son arzusunu yerinə yetirərək Avengers: Endgame-ni izləməsini gərçəkləşdirəcək.

Beləki, 33 yaşılı avstraliyalı, Fanconi anemiyası adlı çox nadir bir xəstəlik ilə mübarizə aparır. Digər tərəfdən də bədəninə yayılmış xərçəng xəstəsinin təəssüf ki, aprel ayına qədər ömrü qalıb. Aleksandr 5 yanvar tarixində öz vəziyyətini əks etdirən bir yazı ilə Marvel-ə müraciət etdi. Məktubun başlığı isə belədir: “ Apreldən əvvəl ölmək: Mənim son oyunumdur.”

"Qaraciyər və ağız xərçəngi, ilik çatışmazlığı. Bütün bu xəstəliklər çox guman ki, mənim aprel ayını görməyimə maneə olacaq...

Mən uşaq və ya hər hansı təsirli həyat hekayəsi olan biri deyiləm. 33 yaşım var. Üç il əvvəl bacım da mənim xəstəliyimdən əziyyət çəkərək vəfat etdi. Məndən geriyə yalnız qız dostum və sığınacaqdan alıb, sahibləndiyim bir it qalacaq.”

Marvel izləyicilərinin bu vəzifəyə reaksiyası inanılmaz oldu. Aleksandr üçün #Avengers4Alexander etiketi ilə bir çox paylaşım Twitter-də yayıldı. Rejissorlar Anthony və Joe Russo Reddit hesabları əlaqələr yaradıldı, son olaraq isə baş qəhrəman Chris Hemsworth hadisəyə daxil edildi.