Chip.az indi sizə oyun zamanı hiylələrə əl atan oyunçuları peşman edəcək 10 oyunu təqdim edir.
Ən möhtəşəm oyunlar fərqli və keyfiyyətli qrafik dizayna, səviyyələrə və məqsədi ilə fərqlənir. Sözsüz ki, bu oyunların istehsalçıları oyunlarına bir şəkildə hörmət edilməsini istəyirlər. Lakin, bəzi oyunçular çətinlikdən yayınmaq, ya da oyunu tez bitirmək məqsədi ilə bəzi hiylələrə əl atırlar.
Oyunçular belə etdikcə, oyun istehsalçıları da boş durmur, həmin şəxsləri cəzəlandırmaq üçün bəzi yollara əl atır.
- SimCity
Öz şəhərinizi qurmaq və inkişaf etdirmək çox əyləncəlidir. Bu oyunda büdcəni idarə etmək və strategiyalar tələb olunur ki, bunun üçün də çoxlu pul lazımdır. Oyunda müəyyən pul təklifləri yer alır. Onlardan istifadə etmək heç bir problem yaratmır. Lakin, bu yolla balansı həddindən artıq artırdıqda oyun həmin şəxsə cəza tətbiq edir. Beləki, karrupsiyanın həddini artırsanız sizin şəhərinizdə zəlzələ baş verəcək.
Yəqinki, əziyyət çəkib, qurduğunuz şəhərin bir anda dağılmasını istəmərsiniz.
- The Witcher 3
The Witcher 3 oyunu çıxar-çıxmaz oyunçular pul qazanmaq üçün asan bir yol tapdı. Beləki, oyundakı anbarda neçə ədəd inək varsa, onları öldürüb, dərilərini sataraq daha çox pula sahib olmaq mümkündür. Üstəlik, bir saat yoqa etsəniz inəklər yenidən canlı olacaq. Gördüyünüz kimi, bu anbar sonsuz pul mənbəyidir.
Bunun fərqinə varan developer-lər, oyundakı bu açığı düzəltmək yerinə, çox daha məntiqli bir hərəkət edərək, oyuna yeni bir canavar əlavə etdilər. Müdafiəsiz inəkləri öldürürsəniz, bir canavar gəlir və inəkləri qorumaq üçün sizi öldürür. Təbii ki, bacara bilsəniz canavarı öldürməyi yoxlaya bilərsiniz. Lakin, onu öldürən kimi 2-ci bir canavar ortaya çıxacaq. Qısaca hiyləyə əl atmağınız cəzasız qalmayacaq.
- GTA V
Bir çox insanın hələ də böyük bir zövqlə oynadığı GTA V, sizə avtomobilinizin imkanlarını artırmağa şans yaradan hiylələr təklif edir. Bu sizə cazib görünə bilər. Lakin, maşınla bərabər partlayacaq və dərhal öləcəksiniz. Bura "dunce" yazılan bir papaq taxmalı olduğunuzu da qeyd etməliyik.
- The Legend of Zelda: Link’s Awakening
Oyunda əşyalar almaq asan deyil. Bəzi hallarda pulunuz olmaya, ancaq lazım olduğundan daha çox əşya almağınıza ehtiyac yarana bilər. Əlbətdə ki, onu oğurlamaq imkanı da var. Real həyatda oğurluğun pis vərdiş olduğunu, oyunda isə heç bir problem olmadan etməyin mümkünlüyünü düşünürsünüzsə, onda buyurun. Lakin, bu zaman oyunda qeydiyyatdan keçdiyiniz ad “oğru” olaraq dəyişəcək. Üstəlik oğurluq etdiyiniz mağazaya yenidən qayıtdıqda öldürüləcəksiniz.
- Tomb Raider II
1996-cı il istehsalı Tomb Raider oyununda bir hiylə ilə oyundakı bütün silahlara sahib ola bilərsiniz. Bu hiylə çox oyunçu üçün böyük bir üstünlükdür. Hətta bəzi oyunçular çıxan ikinci oyunda da bu hiyləyə əl atmağa çalışdılar. Amma bu Lara-nın qırılaraq yox olması ilə nəticələndi.
- H1Z1
H1Z1, oyunda hiylə edən şəxslərə möhtəşəm cəza tətbiq edir. Beləki, istehsalçılar hiyləyə əl atan təxminən 30 min nəfəri ban edib. Bu ban-ı aradan qaldırmaq üçün isə fərqli bir şərt qoyulub. Beləki, ban-ı aradan qaldırmaq istəyən şəxslərdən üzr istədikləri bir video çəkərək, YouTube-də paylaşmaqları tələb olunur. Videonu paylaşan və idarəçilərə göndərən şəxslərin ban-ları aradan qaldırılır.
Bundan sonar çətin bir də hiyləyə əl atılsın.
- Donkey Kong 64
GameShark adlı bir cihaz, oyunlarda hiylə etməyə yardımçı olan vasitələrdəndir.Donkey Kong 64 oyunu bu hiylədən bezərək, qarşısını alacaq tədbirlər gördü. Beləki, hiyləyə əl atılan kimi oyunda heç bir şeydən istifadə edilə bilinmir. Oyun qəhrəmanına nəzarət bitir və sonda ölürsünüz. Bundan əlavə, oyununuzu bu vəziyyətdə yaddaşa salmaq istəsəniz, oyun heç vaxt dəyişməyəcək.
- Banjo-Kazooie
Ən qədim oyunlardan biri olan Banjo-Kazooie, oyununda bəzi fəndlər var. Bununla yanaşı sizə bir şans da verir. Bir hiylədən sonar xəbərdarlıq alacaqsınız, ikincisi də xəbərdarlıqla bitir. Növbəti hiylə üçüncü bir şansda verir və oyuna davam edirsiniz. Amma, oyunu yenidən başladanda bütün nəticələriniz silinmiş olacaq.
- Slender: The Arrival
Qorxulu oyunlar arasında ən bilinəni Slender: The Arrival oyununda xəritədən kənara çıxaraq Slenderman-dan qaçıb, oyunu tamamlamaq mümkün idi. Bu boşluğun fərqinə varan istehalçılar 2-ci seriada bu səhvi aradan qaldırırlar. Bundan xəbərsiz oyunçular yenidən həmin hiyləyə əl atmaq istəyərkən, “Bu oyundakı heç bir boşluq səni məndən qoruya bilməyəcək!” yazısı yazılır. Sonra Slenderman ekranda görünür.
- Dark Souls 2
Bizim siyahıya görə ən çətin olan Dark Souls 2 oyunu hiylə edən şəxsləri daha çox hiylə edənlərlə qarşılaşdırmağa qərar verib. Həmin oyunçuların oyuna nə qədər davam etdiyini təsəvvür etmək heç də çətin deyil.
Beləliklə, siyahının sonuna gəldik. Düzdür bu hiylələr oyunları tez və daha böyük xallarla bitirməyinizə yardımçı olur. Lakin, istənilən oyunu oyun ardıcıllığı ilə oynayıb, qalib gəlmək daha çox zövq verir. Həmçinin hiyləyə əl atıb, oyun sahiblərini qəzəbləndirməyin. Qisasları çox ağır ola bilər. :)
Sevinc Baba-zadə