DJI şirkəti 150 milyon dollarlıq korrupsiya ilə qarşı-qarşıyadır

  • 19 Yanvar 2019

Chip.az verilən məlumatlara əsasən bildirir ki, şirkət korrupsiyanın məzmunu barədə heç bir açıqlama verməsə də bu işdə onlarla insanın əli olunduğu düşünülür. Şirkətə vurulan zərər təxminən 150 milyon dollar səviyyəsində qiymətləndirilir.

China Securities adlı qəzetdə hadisə ilə bağlı hazırda şikətin 40 kişidən şübhələndiyi, lakin bu rəqəmin 100-ə qədər qalxa biləcəyi barədə məlumat yayımlanıb. Reuters agentliyi şirkətin korrupsiyanın araşdırılması, tədqiqatların dərinləşdirilməsi və korrupsiyaya qarşı daha ciddi tədbirlər görməsi üçün komissiya yaradıldığı barədə xəbər yayımlayıb. Ayrıca şirkət tərəfindən verilən şərhdə "Bəzi iddia sənədlərinin səlahiyyətli şəxslərə təslim etdik və bəzi işçilər işdən çıxarıldı" -deyə bildirilib.

Detallar barədə sualları cavablandıran DJI şirkəti bu fikirləri bildirib:

"Son yoxlamalar zamanı biz gördük ki, bəzi əməkdaşlarımız öz şəxsi maraqları üçün qiymətləri qaldırdılar. Bu istiqamətdə sürətli addımlar atmalıydıq və bunu etdik. Bu işdə əli olan işçiləri işdən çıxararaq, hüquq mühafizə orqanlarına müraciət etdik."

Beləki, şirkətin nəznində fəaliyyət göstərən bəzi işçilərin çeklərdə fərqli rəqəmlər qeyd edərək, adam başı 1 milyon dollardan çox pulu mənimsəməsi iddia edilir.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır