Ayda cücərdilən bitkilər soyuq gecənin ardından soldu

  • 17 Yanvar 2019

Chip.az bildirir ki, Ayda ilk bitki yetişdirilməsi layihəsi uğursuzluqla nəticələndi.

Beləki, Ayın qaranlıq tərəfində işlərə başlayan Çinin Chang-e-4 kosmik gəmisinin heyyəti, özləri ilə apardıqları bəzi bitkiləri burada böyütməyə çalışırdılar. Bitkilərin hətta yaxın günlərdə ilk fidanları belə cücərmişdi. Təəssüf ki, bu təzə və kiçik fidanlar uzun çəkən Ay gecəsinin soyuğundan xilas ola bilmədi.

Bitkilər üzrə mütəxəssis olan kosmik kəşfiyyatçılar, Çinin Chang-e-4 kosmik gəmisi ilə missiyanın bir hissəsi olan bioloji təcrübə üçün Aya göndərilmişdi. Özləri ilə 2.5 kiloqramdan daha ağır bir qabda kartof, pambıq, böcək yumurtası və maya aparmışdılar. Təcrübənin məqsədi, Ay səthində bitki və heyvanların böyüməsini araşdırmaqdan ibarət idi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır