Xiaomi bütün ekranda barmaq izini oxuyan yeni sistemi təqdim edib

  • 17 Yanvar 2019

Chip.az bildirir ki, bu özəllik, yeni Xiaomi Mi 9 smartfonuna tətbiq edilə bilər.

Xatırladaq ki, Xiaomi Mi 9 haqqında bu yaxınlarda xəbər paylaşmışdıq. Növbəti yeni məlumat isə telefonun sensoru ilə bağlıdır.

Beləki, Xiaomi şirkətinin rəhbəri Lin Bin, Çinin sosial media saytı Weibo-da yeni barmaq izi oxuyucu texnologiyasından istifadə edilən demo telefon videolarını yayımladı. Videoya görə, barmaq izi oxuma sistemi bir toxunuşla barmaq izlərini qeyd edir və bütün ekranda istifadə edilə bilir. 

Lin Bin, telefonda barmaq izi oxuma sahəsinin ölçüsünü 50 mm x 25 mm olduğunu qeyd edib. Bu, hazırda telefonların oxuma izinin ölçüsünün 15 mislidir. Videoda demo testdə istifadə edilən telefon Xiaomi Mi 8-dir. Lakin,bu sistemin hələ hansı telefonlarda istifadə ediləcəyi məlum deyil.

Şirkətin hazırda ekranda quraşdırılan barmaq izini oxuma sistemi yalnız iki telefonda var. Bunlar Xiaomi Mi 8 və Xiaomi Mi 8 Pro-dur. Lin Bin, yeni sistemin yeni telefonlarda tətbiq ediləcəyini bildirib. Bu da sözügedən sensoru ilk dəfə Mi 9 smartfonunda görə biləcəyimizə işarə edir.

Qeyd edək ki, Xiaomi Mi 9, 3 arxa kamera və 48 MP RGB-lıq əsas kamera ilə təchiz olunacaq. Telefonun prosessoru Qualcomm-nun qabaqcıl telefonları üçün nəzərdə tutulan Snapdragon 855 prosessoru ilə təchiz edilməklə yanaşı 5G-ni də dəstəkləyəcək.

Telefonla bağlı digər məlumatlar isə daha sonra açıqlanacaq.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır