Youtube: "Trend yaradacaqsınız deyə həyatınızı təhlükəyə atmayın!"

  • 16 Yanvar 2019

Artıq uzun müddətdir bir sıra "like xəstəsi" izləmə sayını artırmaq və gəlir əldə etmək üçün ağla gəlməz təhlükəli videolar çəkməyə başlayıb. Bu ”trendə” Azərbaycandan da qoşulanlar az deyil. Nümunə olaraq yaxın günlərdə işlək vəziyyətdə olan avtomobildən düşərək rəqs edən şəxsləri göstərə bilərik. Bəzi məqamlarda bəziləri çox ciddi zədələr aldı: yol nişanlarına çırpılanlar, avtomobili idarə etməni itirib harasa vuranlar və s.

Chip.az bildirir ki, Youtube platforması olduqca təhlükəli nəticələrə səbəb olan "challenge" materiallarına əlvida demə vaxtının gəldiyini qeyd edib.

Beləki,  Jake Polun gözləri bağlı bir şəkildə yola çıxaraq Bird Box Challenge çəkməsi Youtube rəhbərliyini hərəkətə keçirdi. Platforma bundan sonra insan həyatını təhlükəyə salan heç bir challenge videosuna icazə verməyəcək.

2018-ci ilin sonunda Netflixt-in ekranlaşdırdığı Bird Box filmində, hər hansı bir şəkildə gözlərini açan insanların naməlum adamlar tərəfindən qaşırılması təması keçir. Bu mövzudan təsirlənən olduqca “ağıllı” bir qrup Youtuber, insanları təhlükəyə salacaq yerlərdə gözlərini bağlayaraq videolar çəkməyə başladı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər