Bir yumurta fotosu 24.531 milyondan çox bəyənmə ilə rekord qırdı

  • 14 Yanvar 2019

Bir çox ulduz və ya bloggerlər isə bu tip rekordları qırmaqda heç də çətinlik çəkmir. Keçən il bu rekoru əldə edən 18.1 milyon bəyənmə ilə Kylie Jenner-in paylaşdığı körpəsinin fotosu oldu.

Chip.az bildirir ki, bu dəfə nəticələr dəyişdi. Hər rekord bir gün yenidən bir üst səviyyə ilə qırılır. Ancaq bu rekordu bir yumurta fotosunun keçməsi, olduqca maraqlıdır. World_recor_degg adlı, sadəcə İnstagram-ın ən çox bəyənilən paylaşımlarına sahib olmaq məqsədli açılmış səhifə, yalnız 10 gün içərisində bu rekordu yerlə bir etdi.

An etibarı ilə 24.531 milyon bəyənmə ilə rekordu, bu cür açıq fərqlə qırması sizdə də maraq  oyada bilər. Lakin, gördüyünüz kimi fotonun yumurtadan ibarət olması xaricində hər hansı bir fərq, hər hansı bir nişan yoxdur.

Sözü gedən yumurta fotosunun qırdığı rekord paylaşımın nəticələrini buradan izləyə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır