Wikipedia ilə Google Translate birgə əməkdaşlığa başlayıb

  • 12 Yanvar 2019

Bu yolla Vikipediya yazılarının demək olar ki, hər dildə tərcümə edilməsi mümkün olacaq.

Chip.az bildirir ki, Vikipediyanın rəhbərliyini icra edən Vikimedia Fondu, məzmunları daha çox dildə təqdim etməyi hədəfləyir. Bu məqsədlə Vikimedia Fondu, ingilis dili versiyası olmayan yazıları çevirmək üçün Google Translate variantını, könüllü tərcüməçilərin istifadəsinə təqdim edib. İlk tərcümə testidə xüsusiyyətin əlavə olunmasından dərhal sonra həyata keçirilib.

Qeyd edək ki, Google Translate-də son dövürdə aparılan təkmilləşdirmələr ilə tərcümə qabiliyyətində böyük bir inkişaf qeyd olunur. Doğru tərcümələrlə yanaşı, çox sayda dil dəstəyi ilə tərcümə xidmətini istifadəyə verən Vikipediya məzmunları, əvvəlki kimi pulsuz dərc olunacaq.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır