Ödənişsiz oyun imkanını əldən buraxmayın: What Remains of Edith Finch

  • 11 Yanvar 2019

Chip.az bildirir ki, Epic Games, Steam platformasına  rəqib olma məqsədiylə yola çıxdığından bəri bir çox pulsuz oyunla qarşımıza çıxır. Dövri olaraq platformanı tanıtmaq üçün bir çox oyunlar yayımlayan Epic Games, indi də What Remains of Edith Finch-i pulsuz olaraq təqdim edir.

Normal şərtlərdə, Epic Games Store-də təqribən 17 azn-ə  oynanılan oyunu hazırda pulsuz əldə etmək üçün bura basın və səhifədə hesab yaradıb, Start düyməsinə tıklayın. Yüklədiyiniz oyun daha sonra pullu olsa belə hesabınız  qalmağa davam edəcək.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır