Chip.az bildirir ki, Las Vegas CES 2019-da Toyota Araşdırma İnstitutu, yeni nəsil təhlükəsizlik sistemini mətbuatına tanıtdı. Avtomobilin üst və iç qisminə yerləşdirilən kamera və sensorlarla əks olunan, kiminsə burnunun belə qanlamadığı qəzanı animasiya formasında təsvir etdilər.
Beləki, 3 ildən çoxdur avtonəqliyyat vasitələri üzərində işlər görən Toyota, Guardian adlı yeni bir avtonom sürücü rejimini təqdim etdi. Guardian rejimi aktivləşdiyi anda avtomobilin idarəsi tamamilə sürücüyə aiddir. Guardian yalnız təhlükə zamanı və qəza aşkar olunduqda nəzarəti ələ alır. Bu şəkildə, refleks və soyuq emosiya ilə müdaxilə lazım olduqda sıfır səhvlə hərəkətə keçir.
Guardian sisteminin digər bir özəlliyi isə avtonom rejimlə eyni vaxtda işləyə bilməsidir. Bu, avtomobili hansı rejimdə olmasındadan asılı olmayaraq qəza ehtimalına qarşı müdafiə rejiminə qoşmağa imkan yaradır.
Sevinc Baba-zadə