Yandex Taksi, Las Vegas şəhərində xidmətə başlayıb

  • 10 Yanvar 2019

Hazırda Rusiyada sürücüsüz taksi xidməti mövcuddur. Bu xidməti reallaşdıran şirkət, axtarış və müxtəlif internet xidmətlərindən tanıdığımız Yandex-dir.

Chip.az bildirir ki, bu sürücüsüz taksi xidməti hazırda 3 fətqli ölkənin 3 fərqli şəhərində fəaliyyət göstərir. Xidmətin hazırda istifadə verildiyi şəhərlər: Rusiya - Moskva, İsrail - Təl Əviv və ABŞ - Las Vegas. Şəhərlərin az olma səbəbi, digər ərazilərin xəritələri üzərində şirkətin tamamlanma işləri aparmasıdır. Bütün şəhər xəritələri avtomatik təyin oluna bilərsə, bu xidmət daha çox ölkə və şəhərdə istifadəyə verilə bilər.

Bundan əlavə, şirkətin menecerləri avtomobilin qarlı və yağışlı hava şəraitini müəyyən edə bildiyini bildirib. Xüsusilə şimal ölkələrində belə bir tətbiq həyati əhəmiyyət daşıyır.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər