Pepe, sevimli ev heyvanınızın üçün 660 dollara sauna təklif edir

  • 10 Yanvar 2019
  • 65

Bir dəsmal ilə qurutma həmişə kifayət olmur. Eləcədə bir saç qurutma maşınının səs-küyü sevimli ev heyvanınızı narahat edə bilər. Lakin, CES 2019-da Koreya şirkəti Pepe-nin maraqlı bir həll yolu tapıb: bir pet (sevimli ev heyvanı) qurutma maşını. 

Chip.az bildirir ki, kiçik bir soyuducudan daha böyük olan Pepe - pet qurutma maşını təxminən 25 dəqiqə ərzində balaca bir iti qurudur. İstifadə etmək üçün, çimdirdiyiniz ev heyvanını maşının daxilinə qoyun, qapını bağlayın və temperaturu seçin. İsti hava sizin kürklü dostunuzu yavaş-yavaş qurudacaq. Pepe nümayəndəsi deyir ki, itlər adətən proses zamanı yatırlar. 

Pepe pet qurutma maşını itlər və pişiklər üçündür. Mən bir pişiyin qurutma maşını haqqında nə düşünəcəyini bilmirəm. Çünki,, pişiklər nadir hallarda belə qurudulmaya ehtiyac duyur. Digər tərəfdən, pişiklər isti və rahat yerləri də sevir. Deyəsən, ən çox itlərin istifadəsi üçün yararlı olacaq. 

Pepe pet qurutusu 660 dollaradır. ABŞ-da satışda yoxdur. Hazırda, onu Koreya, Çin və Sinqapurdan əldə edə bilərsiniz.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Robotlar

Məşhur robot Sophia Bakıya gəlir

27-28 oktyabr tarixlərində Keepface DMCC və FA International Trade Events şirkətinin əməkdaşlığı ilə Bakıda təşkil olunacaq “Global Influencer Day” tədbirində dünyaca məşhur

Robot-çanta icad olunub - VIDEO

Chip.az xəbər verir ki, "Fusion" robotunun başqa bir ölkədə olan operatoru virtual reallıq qurğusu və nəzarətçilərin köm

Küləyin əsməsini və su damcılarını hiss edən elektron dəri hazırlanıb

Robot texnikası mühəndisləri insan dərisinə bənzər elektron dəri hazırlamaq istəyirlər. Belə hesab edilir ki, gələcəyin robotları tərəfindən mürəkkəb, amma dəqiq h

Yaponlar əzələli robot ixtira etdilər

Tokio universitetinin mütəxəssisləri siçovulların canlı əzələ parçalarından, karkas metaldan və plastik materialdan yeni biohibrid robot hazırlayıblar.

 

ichip.Az x