ABŞ-ın divarsız sərhəd təhlükəsizlik sistemi, CES-də təqdim olundu

  • 09 Yanvar 2019

Qeyd edək ki, ABŞ (Amerika Birləşmiş Ştatları) prezidenti Donald Trump-un Meksika sərhədində qurulmasını planladığı divar, böyük mübahisələr yaradıb və bir çox komediyaçı tərəfindən gülüş mövzusuna çevrilib.

Chip.az bildirir ki, Las Vegas CES 2019-da məhsullarını nümayiş etdirən texnologiyalar arasında hərəkəti müəyyənləşdirə bilmə özəlliyinə sahib Lidar təhlükəsizlik sistemi bir çox stendə nümayiş olunur. Quanergy Systems bu sistem üzərində işlər aparan şirkətlərdən birirdir. Hazırda bu sistemdən Hindistan-Pakistan və ABŞ-ın cənub sərhədlərində istifadə olunur.

Təşəbbüsün icraçı direktoru Louay Eldad “fiziki bir divardan daha səmərəli bir həll təklif edirik" deyə bildirib.  Sistem bütün hava şəraitlərində, gecə-gündüz sərhəddi izləyə bilir. Eyni zamanda, qaçaqların GPS yerləri sərhəd təhlükəsizlik xidmətinə bildirilir. Eldad-ın sözlərinə görə, belə bir sistem ABŞ sərhədinə fiziki divarın qiymətinin yalnız 2-3%  qədərinə başa gələcək. Eləcədə standart beton divarın yaratdığı görüntü problemini həll edəcək.  Üstəlik, sərhədi daha az işçi ilə qorumaq mümkün olacaq.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır