LG-nin OLED TV-lərlə yayımladığı şəlalə təqdimatı böyük maraqla qarşılanır

  • 09 Yanvar 2019

Sanki, şirkətlər rəqiblərindən üstün olduqlarını sübut edə bilmək üçün bütün vasitələrə əl atırlar.

Chip.az bildirir ki, LG şirkəti də teknoloji avadanlıqlarına olan marağı artırmaq üçün şəlalə təqdimatı həyata keçirir.  

Beləki, LG, CES 2019-un ən maraqlı şirkətlərindən birinə çevrildi: xüsusilə portativ monitor və birtərəfli televiziya anonsları ilə. Bununla yanaşı, LG-nin sərgidə ən diqqət çəkən bölməsi, girişdə yerləşdirdikləri rəqəmsal şəlalədir.

Bu əyləncəli şou, cəmi 268 ədəd 55 düyümlü OLED TV-lərin birləşməsi ilə yaradılıb. Qonaqların ən çox diqqətini çəkən böyük həcmli şəlalə olsada,  bu OLED ekranlarda kanyon,  Amazon meşələri kimi bir çox təbiət möcüzələri nümayiş etdirilir.

Beləliklə, LG hələ öz məhsullarını qonaqlara nümayiş etdirmədən, girişdəcə qəlblərini qazanmağa müvəffəq olur.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır