Çin hökuməti, yeni cəsus təayyarəsinin görüntülərini yayımladı: Sky hawk

  • 09 Yanvar 2019

Çin tərəfindən sirr kimi saxlanılan pilotsuz təyyarənin görüntüləri yayımlandı.

Dünyanın aparıcı qüvvələrindən olan Çin, müdafiə sənayesində də əhəmiyyətli investisiyalar edir. Zaman-zaman ölkənin yeni icadlarını gizli saxlamağa üstünlük verilsə də bu dəfə mətbuatda fotoşəkil paylaşıldı. 

Chip.az bildirir ki, cəsus təyyarə bir uçuşda 40 saata qədər havada qalır və təxminən 10 min fut yüksəkliyə qalxa bilir. 18 metr  uzunluğu və 400 kilo çəkisi olan cihazın adı SKY HAWK-dır.

Çin hökumətinin 21-ci əsr xəyalları arasında həm hərbi, həm də aerokosmik sahədə super güc əldə edib, lider olmaqdır. Bu məqsədlə edilən işlər arasında GPS sisteminin inkişaf etdirilməsi, yeni görünməz  təyyarələrin istehsalı, "uçan kalaşnikov avtomatı" ləqəbli AK-47 ilə təchiz edilmiş CH-7 dronesi, yeni radar sistemləri və başqa layihələrin adını çəkmək olar. 

Çin yalnız hərbi texnika istehsal etməklə qalmır, həm də məkanda güclü olduğunu göstərmək istəyir. Çinli mütəxəssislərin bu məqsədlə etdiyi işlər arasında ən son Ayın qaranlıq tərəfinə cihaz göndərməsi idi.

Shenlong, yəni 'Müqəddəs Əjdaha' Çinin bir digər texnoloji möcüzələrindən biridir. Bu cihazın kosmosda gizli missiyalar yerinə yetirən pilotsuz ABŞ kosmik X-37B-ə rəqib olması gözlənilir. Bu peyk, həm də silah daşıya bilmə özəlliyinə sahib olacaq.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır