Yeni nəsil kvant kompüter, CES 2019-da təqdim edilir: İBM 20 Quantum

  • 09 Yanvar 2019

Muzeylər üçün yüksək keyfiyyətdə təqdimat sistemləri hazırlayan İtalyan firması Goppion ilə əməkdaşlıq edən İBM (İnternational Business Machines), 20 Q (quantum bit) əməliyyat aparan və olduqca qəşəng görünən kvant kompüter hazırlayıb.

Qeyd edək ki, ötən ilin CES (Consumer Electronics Show) sərgisində İntel, 50 Q gücündə kvant kompyuteri ilə diqqət çəkib.

Yeni cihaz, xüsusilə iştirakçıların marağına səbəb olan səliqəli quruluşda təchiz edilmiş elektron sistemləri ilə möhtəşəm görünüşə sahibdir. Yeni versiyada bütün avadanlıq, 2,74 metrlik kub şəklində hazırlanan və təxminən 1,5 sm qalınlığındakı borosilikat şüşə qəlibin içinə yerləşdirilib. Üstündəki həm ön, həm də arxa qapıları eyni anda açmaq mümkündür. Hər iki qapının da açılması zamanı, cihazın yıxılma ehtimalına qarşı əlavə alüminium və polad çərçivələr də cihaza dəstək olur. Beləliklə, titrəmə və digər ehtimal olunan amillərin təsirləri azaldılarkən, aparatın struktur bütövlüyü də sığortalanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır