İlk kabelsiz saç qurutma cihazı təqdim olunub: Volo Go

  • 07 Yanvar 2019

Chip.az bildirir ki, texnologiyanın günümüzdə inkişaf sürətinə baxmayaraq hələ də kabellərdən tam olaraq  qurtula bilməmişik. Bu səbəbdən ən müasir cihazlarla belə cərəyan mənbəyi axtarmağa davam edirik. Volo Beauty adlı bir təşəbbüs tərəfindən inkişaf etdirilən Volo Go adlı saç qurutma maşını, ən azından saçınızı qurutmaq üçün cərəyan mənbəyi axtarmaq probleminizə son verəcək.

İnfraqırmızı istilik sayəsində standart bir saç qurutma maşınına görə daha sürətli saçları qurudan Volo Go, batareya sayəsində kabellərlə məşğul olma və şarj yuvası axtarma çətinliyini ortadan qaldırır. Müasir dizayna malik olan Volo Go-nun istifadəsi isə standart bir saç qurutma maşınından fərqli deyil.

Lakin, şirkətin açıqlamasına görə, batareya, sürətli doldurma zamanı yalnız 14 dəqiqəlik istifadə edilə bilər. Əgər gur və uzun saçlara sahibsinizsə, sizin üçün əlverişli məhsul olmaya bilər. Bundan əlavə, məhsul hələ istehsal edilməyib. Hazırda layihə  Kickstarter platformasında həm təkminləşdirilməsi, həm də istehsalı üçün maliyyə toplayır.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər