Chip.az bildiriir ki, koreyalı avtomobil nəhəngi Hyundai, keçən il çıxardığı Le Fil Rouge adlı konsepsiyasını şirkətin rəsmi Youtube səhifəsində yayımlayıb:
Videoda gördüyünüz kimi çox parlaq bir avtomobil olması ilə yanaşı, hədsiz texnoloji avadanlığa malikdir. Amma çox da böyük xəyallar qurmayın. Çünki, layihə hələlik yalnız virtual mühitdə yaradılmış bir videodan ibarətdir.
Hyundai, konsepsiya avtomobildə görəcəyiniz bütün hər şeyi ağıllı telefonunuzdan nəzarət etmə imkanı yaradacaq. Məsələn, alış-veriş mərkəzinə getdiyiniz zaman, avtomobilin enerji doldurma sistemi, bina ilə əlaqə yaradaraq stansiyanı tapacaq və özünü şarja qoşacaq.
Sevinc Baba-zadə