Samsung, 219 düyüm MicroLED TV-ni təqdim etdi

  • 07 Yanvar 2019

Chip.az bildirir ki, şirkət, incəliklə yanaşı, istəyə görə böyüdülüb, kiçilən yığcam TV sistemini CES 2019-da tanıtdı.

2019-cu ilin gəlməsi ilə birlikdə texnologiya severlerin gözü Las Veqasdadır. Samsung-un yeni televizorları da sərginin gözlənilən məhsulları arasındadır.

Beləki, Samsung,  MicroLED ekranlarının 219 düyümlük versiyası olan The Wall, CES-də təqdim olunur. CES 2019 çərçivəsində səhnəyə çıxan Samsung, ölçüsünü istəyinizə və sahib olduğun sahəyə görə 75 ilə 219 düym arasında dəyişdirə biləcəyiniz Wall MicroLED iştirakçılar tərəfindən maraqla qarşılanır.

Əldə edilən maksimum ekran ölçüsü, 219 düyümlük ekran  nəhəng kinoteatr  ekranına bənzəyir. Şirkətdən verilən məlumata görə, istehlakçılar, ekranın yığcam olmasından istifadə edərək ekranı qeyri-adi şəkillər və ölçülərdə istifadə edə bilərlər.

Qeyd edək ki,  MicroLED ekranlar, mikrometr ölçülərdə olan LED-lərin bağlanmasıyla hazırlanır. Bu MicroLED-lər eynən OLED-lər kimi işıq yayır, ancaq qeyri-üzvi materiallar istifadə edildiyi üçün OLED-lərdən fərqli olaraq  daha uzun ömürlüdürlər.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır