Zenbook S13: Ən incə çərçivəli ekrana sahib notbuk, CES-də təqdim edilir

  • 07 Yanvar 2019

2019-cu il CES-də (Consumer Electronics Show) şirkətlər arasında yer alan ASUS, dünyanın ən incə çərçivə ilə 97% ekran görüntüsünə sahib, yeni Zenbook S13-ü nümayiş etdirir.

Chip.az bildirir ki, ASUS-a görə Zenbook S13, dünyanın ən incə çərçivəli ekranına malikdir. Yeni Zenbook S13, NVIDIA Geforce MX150 qrafik CPU (Central Processing Unit)  və 8-ci nəsil 4 nüvəli İntel Core prosessorla təchiz olunub. Cihazın SSD yaddaşını 1 TB-a (1 terebayt) qədər artırmaq mümkündür. 50Wh batareya, cihazdan 15 saat istifadə imkanı yaradır. Cihazın üstündə 1 ədəd standart USB 3.1, 2-ci nəsil Type, 2 ədəd də USB 3.1, 2-ci nəsil Type-C giriş mpvcuddur. Həmçinin, 3.5 düyümlük kombo səs girişi və microSD kart girişi də dizüstə kompüterin xüsusiyyətləri arasında yer alır. Dözümlülük standartları testindən də uğurla keçən cihaz, 13.9 düyümlük FHD Nanoedge ekrana sahibdir.

Zenbook S13-ün olduqca incə bir dizayna sahib olmasına baxmayaraq dözümlü quruluşu gözə çarpır. Alüminiumdan hazırlanan klaviatura bölməsinin heç bir boşluq buraxılmadan hazırlanması, notbuku geniş və rahat istifadəyə imkan verən iş masasına çevirib.

Yeni Zenbook S13, daha əvvəl istifadə edilməmiş bir rəng olan "Utopiya mavisi" rəngdə istehsal edilib.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır