Chip.az bildirir ki, Cənubi Koreyalı avtomobil istehsalçısı Hyundai-nin yeriyən maşın modeli Hyundai Elevate önümüzdəki həftə təqdim ediləcək.
Beləki, avtomobil, elektrik enerjisi ilə işləyən nəqliyyat vasitələrinin gücünü və robotların konseptini bir araya gətirilməsi ilə dizayn edilib. Uzun ayaqları və kiçik təkərləri sayəsində bir çox ərazidə yol qət edə biləcək.
Şirkət, yeriyən avtomobilin dizayn konsepsiyasını və prototipini 7 yanvar tarixində mətbuat konfransında sərgiləyəcək, 11 yanvar tarixində maşını istifadəyə verməyi planıaşdırır.
Qeyd edək ki, bu tip avtomobillər sırasında olan Honda Autonomous Work Vehicle də CES-də təqdim olunacaq. Honda, bu maşının ilk müdaxilə məqsədi ilə istifadəsinə, axtarış və qurtarma qruplarının yardımına və ya yanğınsöndürənlərin köməyinə yardımçı olacağını bildirir.
Sevinc Baba-zadə