Çətinlik səviyyələrinə görə seçilən oyunlarda sizdə özünüzü sınayın!

  • 04 Yanvar 2019

Daha öncə oyun oynayan hər kəs, bunun nə qədər əyləncəli və maraqlı olduğunu az çox bilir. Bəs, video oyunlar hər zaman bizim əylənməyimizi istəyirmi?

Oyunların çoxu, bizim fikirlərimizi dağıtsada, bəziləri, tam tərsi, real həyatın çətinliklərinin üzərinə duz basır.

Oyunların çətinlik səviyyələri, adətən, Çox Asan, Asan, Orta, Çətin Çox Çətin olaraq bölünür. Əyləncədən çox rəqabət arayan oyunçuların seçdiyi Çətin, ya da Çox Çətin səviyyələr, sizi, oyun ərzində əsəblərinizi pozacaq qədər çətinliyə sala bilər. Pis xəbər odur ki, bu çətinlik səviyyələrindən də çətin olan səviyyələr var.

Chip.az həmin oyun və səviyyələrin bəzilərini sizə təqdim edir.

Wolfenstein 2: The New Colossus - Mein Leben:

Oyundakı yeddinci və ən çətin səviyyə olan Mein Leben, ikinci bir şans vermir. Buda oyunun bu səviyyəsində öldüyünüz anda bütün oyuna yenidən başlamağınız lazım gələcək.

Bunuda demədən keçməyək: Demək olar ki, tək güllə ilə ölürsünüz. Avtomatik yaddaşa salınmadan başqa oyun daxili yaddaş mövcud deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər